...

Bakıda F1 zamanı ilk qəza - Bolid yararsız hala düşdü (FOTO/VİDEO)

İdman Materials 4 İyun 2021 11:18 (UTC +04:00)
Bakıda F1 zamanı ilk qəza - Bolid yararsız hala düşdü (FOTO/VİDEO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində F2 sərbəst yürüşləri zamanı qəza baş verib.

Trend-in məlumatına görə, “Campos Vexatec Racing” komandasının pilotu Roy Nissani idarəetməni itirərək bolidi yol kənarına çırpıb və nəticədə bolid yararsız hala düşüb.

Qəzaya uğrayan bolid dərhal trekdən kənarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti