...

“Tokio-2020”: Rüstəm Orucov yaponiyalı rəqibinə uduzub

İdman Materials 26 İyul 2021 10:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) “Tokio-2020”nin dörddəbir final yarışında Yaponiya təmsilçisi Şohei Onoya məğlub olub.

Trend xəbər verir ki, idmançımız təsəlliverici görüşdə mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Aişə Qurbanlı Olimpiadada mübarizəni dayandırıblar.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti