...

Tokio-2020: Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətləri təqdim edib

İdman Materials 7 Avqust 2021 08:06 (UTC +04:00)
Tokio-2020: Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətləri təqdim edib

Bakı. Cani Babayeva - Trend:

Avqustun 7-də Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində çoxnövçülük proqramında qrup hərəkətlərində bədii gimnastika üzrə təsnifat yarışları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanı yarışda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət komanda təmsil edib.

Azərbaycan komandasının üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə əldə etdiyi nəticə 37.650 xal təşkil edib. Daha əvvəl komanda beş topla hərəkətlərdə çıxış edib (36.700 xal). Azərbaycanın qrup komandasının çoxnövçülük üzrə nəticəsi 74.350 xal (10-cu yer) təşkil edib.

Komandamız 2019-cu ildə Azərbaycanda təşkil edilən bədii gimnastika üzrə Dünya Çempionatında 2020 Tokio Olimpiadasına lisenziya qazandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti