...

Paralimpiya Oyunlarında daha bir idmançımız çempion oldu (VİDEO)

İdman Materials 27 Avqust 2021 12:10 (UTC +04:00)
Paralimpiya Oyunlarında daha bir idmançımız çempion oldu (VİDEO)

Bakı. Trend:

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında 66 saniyədə bütün rəqiblərini geridə qoyaraq, birincilik qazanıb.

Daha əvvəl paracüdoçumuz Şəhanə Hüseynova (48 kq) da qızıl medala sahib olmuşdu. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti