...

Avropa birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız 3 gümüş medal qazanıblar

İdman Materials 27 Avqust 2021 22:19 (UTC +04:00)
Avropa birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız 3 gümüş medal qazanıblar

Bakı. Trend:

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha 3 gümüş medal əlavə ediblər.

Trend xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgiz Kazımova (47 kiloqram) yarışda ikinci yeri tutublar.

Qeyd edək ki, bu gün kiçikyaşlı yeniyetmə idmançılarımızın çıxışları da uğurla nəticələnib. Belə ki, Çingiz Həsənov (36 kiloqram) qızıl, Sabir Məmmədli (27 kiloqram) gümüş medal qazanıblar.

Bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü - Məhəmməd Həsənli (37 kiloqram) qızıl, Hüseyn Xudiyev (65 kiloqram) gümüş, İlyas Hətəmli (33 kiloqram) və Zəhra İsayeva (29 kiloqram) isə bürünc medala layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti