...

İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Siti" ilə heç-heçə edib

İdman Materials 3 Oktyabr 2021 22:07 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Siti" ilə heç-heçə edib

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turunda "Liverpul" komandası "Mançester Siti" ilə heç-heçə oynayıb.

Trend-in məlumatına görə, Liverpulun "Enfild" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

"Liverpul"un heyətində qolları Sadio Mane (59-cu dəqiqə), Muhəmməd Salah (76) vurublar. "Mançester Siti" klubundan qolları Fil Foden (69), Kevin De Breyne (81) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti