...

Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək

İdman Materials 26 Oktyabr 2021 16:43 (UTC +04:00)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək

Bakı. Trend:

Milli Gimnastika Arenasının bu il ev sahibliyi edəcəyi sonuncu yarış batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları olacaq.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, Bakıda ilk dəfə keçiriləcək bu növ üzrə dünya çempionatının ardınca Milli Gimnastika Arenasında gələcəyin batut ulduzları mükafatçılar sırasında olmaq uğrunda mübarizə aparacaqlar.

25-28 noyabr tarixlərində təşkil olunacaq yarışda ilkin qeydiyyat siyahısına əsasən 32 ölkədən 750 idmançının iştirak edəcəyi gözlənilir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.

Yaş Qrupları Yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti