...

Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb

İdman Materials 28 Yanvar 2022 22:57 (UTC +04:00)
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb

Bakı. Trend:

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Trend xəbər verir ki, finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız həlledici mərhələdə Cənubi Koreya təmsilçisi Harım Li ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti