...

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 29 Yanvar 2022 16:39
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının qalibləri mükafatlandırılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, oğlanlar arasında “yeniyetmələr” yaş kateqoriyasında batutla tullanma üzrə Əmmar Baxşəliyev (49,750 xal) qızıl, Fərhad Mustafayev (40,320 xal) gümüş, Nihad Əsgərli (36,330 xal) bürünc medal qazanıb. İdmançılar Bakı gimnastika məktəbinin yetirmələridir.

Batut idmanı üzrə “yeniyetmələr” yaş kateqoriyasında qızlar arasında Səma Cəfərova (43.750 xal) fəxri kürsünün birinci, Samirə Hüseynova (40.300 xal) ikinci, Aylin Məmmədli (39.870 xal) üçüncü pilləsində qərarlaşıb. Səma Cəfərova Bakı gimnastika məktəbinin, Samirə Hüseynova və Aylin Məmmədli isə “Ocaq” idman klubunun təmsilçiləridir.

Bakı Gimnastika Məktəbinin şagirdi Mədinə Abutalıbova qızlar arasında tamblinq üzrə “gənclər” yaş kateqoriyasında 37.500 bal toplayıb.

Kişilər arasında tamblinq üzrə “böyüklər” yaş kateqoriyasında Mixail Malkin (51,700 xal) birinci, Adıl Hacızadə (46,500 xal) ikinci, Tofiq Əliyev (45,700 xal) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Mixail Malkin “Ocaq” idman klubunu, Adıl Hacızadə və Tofiq Əliyev Bakı gimnastika məktəbini təmsil edir.

Qeyd edək ki, yanvarın 29-da Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb.

Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə 20 idmançı iştirak edir.

Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti