...

Avropa çempionatı: Azərbaycanın 4 şahmatçısı dünya kuboku yarışına vəsiqə qazanıb

İdman Materials 7 Aprel 2022 00:26 (UTC +04:00)
Avropa çempionatı: Azərbaycanın 4 şahmatçısı dünya kuboku yarışına vəsiqə qazanıb

Bakı. Trend:

Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.

Trend xəbər verir ki, qitə birinciliyində təmsilçilərimizdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb. Digər şahmatçılarımızdan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti