...

Elxan Məmmədova FİFA-da vəzifə verildi

İdman Materials 20 Aprel 2022 17:16 (UTC +04:00)
Elxan Məmmədova FİFA-da vəzifə verildi

Bakı. Trend:

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.

Trend xəbər verir ki, o, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

Bu haqda FİFA-nın saytı xəbər yayıb.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.

FİFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb: “Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti