...

Uels yığması Ukrayna millisini məğlub edərək Dünya Çempionatına vəsiqə qazanıb

İdman Materials 5 İyun 2022 22:31 (UTC +04:00)
Uels yığması Ukrayna millisini məğlub edərək Dünya Çempionatına vəsiqə qazanıb

Bakı. Trend:

Bu gün futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin son oyunu keçirilib.

Trend xəbər verir ki, Uels millisi Ukrayna yığması ilə qarşılaşıb. Matç Kardiff şəhərində baş tutub.

Oyun Uels millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolun müəllifi Ukrayna millisinin oyunçusu Andrey Yarmolenko olub - 25-ci dəqiqədə ukraynalı futbolçu topu öz qapısına vurub.

Qeyd edək ki, Uels millisi DÇ-2022-də B qrupunda İngiltərə, İran və ABŞ milləri ilə mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti