...

Yunan-Roma güləşi üzrə U-20 millimiz Avropa çempionatına 2 qızıl medalla başlayıb (FOTO)

İdman Materials 28 İyun 2022 22:31 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə U-20 millimiz Avropa çempionatına 2 qızıl medalla başlayıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) N.Quluzadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.

Milli komandamızın üzvü Laçın Vəliyev (87 kq) səkkizdəbir finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. L.Vəliyev dörddəbir finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. İdmançımız yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabı ilə qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordana 3:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz Avropa çempionatına 2 qızıl medalla başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti