...

UEFA Çempionlar Liqası: "Qarabağ" birinci təsnifat mərhələsində "Lex"ə məğlub oldu

İdman Materials 5 İyul 2022 23:58 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Qarabağ" birinci təsnifat mərhələsində "Lex"ə məğlub oldu

Bakı. Trend:

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Lex" (Polşa) - "Qarabağ" (Ağdam) oyunu başa çatıb.

Trend-in məlumatına görə, oyun Polşa təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. Yeganə qolu 41-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mikhael İshak vurub.

Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti