...

UEFA Çempionlar Liqası: “Qarabağ” klubu İsveçrənin “Sürix” komandasına qalib gəlib

İdman Materials 19 İyul 2022 21:57 (UTC +04:00)
UEFA Çempionlar Liqası: “Qarabağ” klubu İsveçrənin “Sürix” komandasına qalib gəlib

Bakı. Trend:

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.

Trend-in məlumatına görə, turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdam təmsilçisi İsveçrənin “Sürix” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Azərbaycan çempionu “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində İbrahima Vadji dub edib, Kadi Borges isə fərqlənib. Rəqib komandanın qollarını Lindrit Kamberi və Mirlind Kryeziu vurublar.

"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti