...

Lekler "Formula 1" üzrə Fransa Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu

İdman Materials 23 İyul 2022 23:45 (UTC +04:00)
Lekler "Formula 1" üzrə Fransa Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu

Bakı. Trend:

"Ferrari" komandasının pilotu Şarl Lekler "Formula 1" üzrə Fransa Qran Prisinin təsnifat mərhələsində birinci yeri tutub.

Trend-in məlumatına görə, Ş.Lekler ən yaxşı dövrəni 1 dəqiqə 30,872 saniyəyə başa vurub.

İkinci yeri "Red Bull" komandasının niderlandlı pilot Maks Verstappen olub. Üçüncü yerdə "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres (+0,463) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti