...

İsrail səfiri "Makkabi Bakı" uşaq futbol klubuna baş çəkib (FOTO)

İdman Materials 4 Avqust 2022 17:23 (UTC +04:00)
İsrail səfiri "Makkabi Bakı" uşaq futbol klubuna baş çəkib (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Azərbaycandakı səfiri Corc Dik "Makkabi" futbol klbunun dəstəyi ilə yaradılmış "Makkabi Bakı" uşaq futbol klubunun oyununa baş çəkib.

"Makkabu Bakı" klubunun rəhbəri Elçin İsakov Trend-ə bildirib ki, səfir klubda yaradılan şəraitlə tanış olub, gənc futbolçularla söhbət edib və öz dəstəyini ifadə edib.

"Biz səfiri oyunçularla tanış etdik, klubun yaranma tarixi barədə məlumatlandırdıq və gələck planları müzakirə etdik. Bundan başqa, səfirə klub rəhbərliyi adından xatirə hədiyyələri təqdim olunub", - deyə o bildirib.

E.İsakov əlavə edib ki, "Makkabi Bakı" öz fəaliyyətinə 2022-ci ilin mayında başlayıb. Klubda 5 yaşdan 13 yaşadək oyunçular iştirak edir.

"Biz klubun yaradılmasında dəstəyə görə, "Makkabi Azərbaycan", STMEGİ Xeyriyyə fondu və "Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasına təşəkkürümüzü bildiririk", klub rəhbəri deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti