...

Güləşçimiz Eldəniz Əzizov İslamiadada qızıl medal qazanıb (FOTO)

İdman Materials 12 Avqust 2022 19:00 (UTC +04:00)
Güləşçimiz Eldəniz Əzizov İslamiadada qızıl medal qazanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan güləşçisi Eldəniz Əzizov V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, o, özbək idmançısı Cəsur Ortikboyevə 10:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti