Konya. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Trend xəbər verir ki, o, finalda 6:3 hesabı ilə Qırğızıstan idmançısı Kalidin Asıkeyevə qalib gəlib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.