Bakı. Trend:
"Real Madrid" klubunun fransalı hücumçusu Kərim Benzema karyerasında ilk dəfə "Qızıl top" mükafatına layiq görülüb.
Trend xəbər verir ki, "France Football" jurnalı tərəfindən verilən mükafatların təqdim edilməsi mərasimi bazar ertəsi Parisdəki "Şatle" teatrında keçir.
Səsvermədə ikinci yeri "Bavariya" klubunun seneqallı hücumçusu Sadio Mane, üçüncü yeri isə "Mançester Siti" klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Brüyne tutub.