...

“SİMA Şahmat Turniri – 2022” keçirilib (FOTO)

İdman Materials 21 Noyabr 2022 12:12 (UTC +04:00)
“SİMA Şahmat Turniri – 2022” keçirilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “SİMA Şahmat Turniri – 2022” keçirilib. Yarışda “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaşları və şirkət əməkdaşları iştirak ediblər.

Turnir Bakı Gənclər Mərkəzində sürətli şahmat formatında keçirilib. Yeddi turdan ibarət olan və 25 nəfərin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparıblar.

Hakimlərin elan etdiyi nəticələrə görə, “SİMA Şahmat Turniri – 2022”də birinci yeri “AzInTelecom” MMC-nin əməkdaşı Səməd Seyidov qazanıb.

İkinci yeri “Yelo Bank”ın əməkdaşı Elçin Qafarlı, üçüncü yeri isə “TuranBank”ın əməkdaşı Ruslan Əliyarov tutub.

Turnirin sonunda qaliblər mükafatlandırılıb. Onlara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Birinci yerin qalibi, eyni zamanda kubokla təltif edilib. Bütün iştirakçılara isə sertifikat təqdim olunub.

Qeyd edək ki, hazırda SİMA yeni nəsil rəqəmsal imzadan istifadə edilməsi üçün 12-si dövlət qurumu olmaqla 70-dən çox müəssisənin bu sistemə inteqrasiyası davam edir. Bu günədək isə bank, BOKT, sığorta sahəsində fəaliyyət göstərən şirkətlər, elektron dövlət xidmətləri təqdim edən portallar və digər xidmət platformaları da daxil olmaqla, 14 qurumun SİMA ilə inteqrasiyası yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti