...

İspaniya La Liqası: "Real Madrid" "Real Sosyedad"ı məğlub edə bilməyib

İdman Materials 30 Yanvar 2023 02:51 (UTC +04:00)

Bakı. Trend:

Bu gün fubol İspaniya çempionatının 19-cu turunda "Real Madrid" "Real Sosyedad"la heç-heçə oynayıb.

Trend-in məlumatına görə, görüş 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, 19 turdan sonra Karlo Ançelottinin yetirmələrinin aktivində 42 xal var. "Real Madrid" komandası turnir cədvəlində lider "Barselona"dan 5 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Turnir cədvəlinin üçüncü pilləsində “Real Sosyedad” qərarlaşıb. “Real Madrid”lə heç-heçədən sonra komandanın 39 xalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti