...

Cüdoçularımızın Parisdə keçiriləcək “Böyük dəbilqə” turnirində ilk rəqibləri bəlli olub

İdman Materials 4 Fevral 2023 05:09 (UTC +04:00)
Cüdoçularımızın Parisdə keçiriləcək “Böyük dəbilqə” turnirində ilk rəqibləri bəlli olub

Bakı. Trend:

Fevralın 4-də Parisdə start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb.

Trend xəbər verir ki, turnirdə mübarizə aparacaq Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.

Püşkə əsasən, Balabəy Ağayev (60 kq) Matteus Takaki (Braziliya) – Petros Kristodolides (Kipr) cütünün, Yaşar Nəcəfov (66 kq) isə Cae-Onq An (Koreya Respublikası) – Cerard Kadet (Haiti) görüşünün qalibi ilə qarşılaşacaq. Nurlan Osmanov (73 kq) israilli İdo Levin, Elcan Hacıyev dominikanlı Medikson Del Orbe, Zelim Tçkayev (hər ikisi 81 kq) Polşa cüdoçusu Pavel Drzımal, Murad Fətiyev (90 kq) Qazaxıstan idmançısı Aydar Arapov, Zelim Kotsoyev (100 kq) fransalı Sedrik Olivar, Uşanqi Kokauri Voytsex Kordiyalik (Polşa) – Mark Deşene (Kanada) cütünün qalibi, Camal Qamzatxanov (hər ikisi 100 kq-dan yuxarı) isə Bubakar Mane (Qvineya-Bisau) ilə üz-üzə gələcək.

İki gün davam edəcək turnirdə dünyanın 85 ölkəsindən 535 idmançı iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti