Bakı. Trend:
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Trend xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə
tədbir planının hazırlanması AFFA-nın baş katibliyinə
tapşırılsın.
2. 2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA
tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaiti müxtəlif regionlarda
yeni infrastruktur layihələrinin inşasına ayrılsın.
3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri
təsdiq olunsun:
U-19 – Aqil Nəbiyev
U-18 – Elxan Abdullayev
U-17 – Füzuli Məmmədov
U-16; U-15 – İlham Yadullayev
U-19 (qızlar) – Həbib Ağayev
4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibi
aşağıdakı kimi təsdiq olunsun:
Apellyasiya Arbitraj Tribunalı
Sədr:
Nazim Rəşidov – Azərbaycan Respublikası Baş Prokurorluğunun
nümayəndəsi
Üzvlər:
Rüfət Kərimov – Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin
nümayəndəsi
Arif Əyyubov – Vəkillər Kollegiyasının üzvü
Orxan Məmmədov – Dövlət Vergi xidmətinin nümayəndəsi
Rəşad Qasımov – Fərdi sahibkar
Cavid Quliyev – Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi
Oyunçuların Statusu və Transferi Komitəsi
Sədr:
Tural Eyvazov – Hüquqşünas
Üzvlər:
Orxan Əhmədov – AFFA-nın əməkdaşı
Seymur Səlimli – AFFA-nın əməkdaşı
Fərid Haqverdiyev – Hüquqşünas
Elgiz Abbasov – PFL-in əməkdaşı
Katib:
Nurlan Zeynalzadə – AFFA-nın əməkdaşı
İntizam Komitəsi
Sədr:
Erkin Hüseynov – Hüquqşünas
Üzvlər:
Məlik Həsənov – PFL-in əməkdaşı
Qabil Nəcəfov – AFFA-nın əməkdaşı
Elçin Məmmədov – AFFA-nın əməkdaşı
Aslan Şahgəldiyev – PFL-in vitse-prezidenti
Ramil Cahangirov – Dövlət Şəhərsalma Agentliyinin nümayəndəsi
Ömər Paşayev – Hakimlər Komitəsinin üzvü
Səs hüququ olmayanlar:
Namiq Əliyev – İntizam üzrə müfəttiş
Müzəffər Müzəffərli – PFL-in əməkdaşı
Rəna Əsədova – AFFA-nın əməkdaşı
5. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında
Əsasnaməsinə əlavə və dəyişikliklərin olunması ilə bağlı
təkliflərin hazırlanması baş katibliyə tapşırılsın
6. Birinci Divizionda çıxış etmək üçün klubların Region Liqasinda 3
illik fəaliyyət tələbi ilə bağlı qərar ləğv olunsun
7. Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının
internet üzərindən yayımı və oyunların statistik məlumatlarının
əldə olunması PFL-ə həvalə olunsun
8. 2023-2024-cü il mövsümündən etibarən Birinci Divizion və
əvəzedici heyətlərin çempionatları ayrı-ayrılıqda keçirilsin. Hər
iki çempionat hər birində 10 komanda olmaqla təşkil olunsun
9. 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış
edən klublar üçün lisenziyalaşdırma qaydaları tətbiq olunsun.
Müvafiq meyarların hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunması
AFFA-nın baş katibliyinə və PFL-ə tapşırılsın.
İcraiyyə Komitəsinin iclasında Yoxlama və Təftiş Komitəsi
tərəfindən hesabat məruzəsi təqdim olunub.