...

Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb

İdman Materials 12 Mart 2023 20:31 (UTC +04:00)
Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb

Bakı. Trend:

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə bildirilib ki, cüdoçumuz Kənan İsmayılov (-60 kq) yarışı 3-cü yerdə başa vurub. O, bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.

Digər bir cüdoçumuz İbrahim Əliyev (-73 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti