...

Azərbaycanın U-19 millisi Avropa çempionatında mübarizəni dayandırıb

İdman Materials 26 Mart 2023 02:31 (UTC +04:00)
Azərbaycanın U-19 millisi Avropa çempionatında mübarizəni dayandırıb

Bakı. Trend:

On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Trend xəbər verir ki, futzalçılarımız Bosniya və Herseqovinada Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşıb.

Baş məşqçi İlqar Aslanovun yetirmələri 3:11 hesabı ilə məğlub olublar. Millimizin heyətində Rüfət Məmmədli, Fərid Abbasov və Şahbaz Həndəmli fərqləniblər.

Millimiz əvvəlki oyunlarında Fransa yığmasına 0:5, Bosniya və Herseqovina seçməsinə isə 1:4 hesabı ilə məğlub olub. Üç oyunun nəticəsinə görə, millimiz Avropa çempionatında mübarizəni dayandırıb.

Xəbər lenti

Xəbər lenti