...

Qazaxıstanlı güləşçilər Göygöldə təlim-məşq toplanışında iştirak edirlər

İdman Materials 26 Mart 2023 06:08 (UTC +04:00)
Qazaxıstanlı güləşçilər Göygöldə təlim-məşq toplanışında iştirak edirlər

Bakı. Trend:

Martın 13-dən Göygöl Olimpiya İdman Kompleksində Azərbaycanın Qərb bölgəsinin yeniyetmələrdən ibarət seçmə komandası ilə Qazaxıstanın eyni yaş qrupu üzrə millisi birgə təlim-məşq toplanışı keçir.

Trend Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ikihəftəlik hazırlıq prosesində sərbəst güləş üzrə yeniyetmələr arasında dünya və Avropa mükafatçıları da iştirak edirlər.

Həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edən təlim-məşq toplanışı yaxın günlərdə Bakı İdman Sarayında keçiriləcək U-20 və U-17 Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti