...

Qazandığım hər bir mükafat mənə əzizdir - “Ocaq Sport” klubunun bədii gimnastika üzrə açıq birinciliyinin qalibi

İdman Materials 4 Aprel 2023 14:46 (UTC +04:00)
Qazandığım hər bir mükafat mənə əzizdir - “Ocaq Sport” klubunun bədii gimnastika üzrə açıq birinciliyinin qalibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Qazandığım hər bir mükafat mənə əzizdir.

Bu barədə çərşənbə axşamı Trend-ə “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyində balalar (2016-2017-ci il) yaş kateqoriyası üzrə birinci yer tutmuş Sara Cəlili deyib.

"Bundan əvvəl digər yarışlarda da iştirak etmişəm və medallar qazanmışam. Hər bir mükafatla xoş, səmimi xatirələr bağlıdır. Şadam ki, bu gün də yaxşı nəticə göstərə bildim", - o deyib.

Altı yaşlı gimnast bildirib ki, onu yarışlarda dəstəkləmək üçün anası gəlib və izləyici tribunasından çıxışını izləyib.

"Tribunalarda tamaşaçı çoxdur, hamı bizə görə sevinir, ucadan dəstək sözləri deyir. Çıxışlarımıza bu qədər çox insanın baxması o qədər xoşdur ki. Anam da mənə dəstək üçün gəlib, onun iştirakı mənim üçün çox vacibdir", - Sara Cəlili deyib.

Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.

Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.

Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.
Yarışlar balalar (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti