...

Çalışacağam ki, növbəti yarışlarda qızıl medal qazanım - Bədii gimnastika üzrə yarışların "bürünc" mükafatçısı

İdman Materials 4 Aprel 2023 18:01 (UTC +04:00)
Çalışacağam ki, növbəti yarışlarda qızıl medal qazanım - Bədii gimnastika üzrə yarışların "bürünc" mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Çalışacağam ki, növbəti yarışlarda qızıl medal qazanım.

Bu barədə çərşənbə axşamı Trend-ə “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinin "bürünc" mükafatçısı Safura Məmmədova deyib.

Gənc gimnast balacalar (2013-2015-ci il) yaş kateqoriyasındakı gimnastlar arasında üçüncü yer tutub.

"Nəticəmdən razıyam, bu mənim ilk yarışım idi. Bədii gimnastika ilə hələ dörd aydır ki, məşğul oluram və artıq mükafat qazandım. Turnirdə predmetsiz hərəkətlər proqramı ilə çıxış etdim, bəzi elementlərdə kiçik səhvlərə yol verdim, məşqlərdə bunların üzərində çalışacağam. Bir də gimnastların gürzlə hərəkətləri necə yerinə yetirməsi xoşuma gəlir, mən hələ bu predmetlə məşq etmirəm, ümid edirəm zamanı gələndə məndə hər şey alınacaq", - Respublika kompleks idman məktəbinin yetirməsi deyib.

Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.

Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.

Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.
Yarışlar balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti