...

AGF Trophy beynəlxalq turniri: qaliblərin mükafatlandırılması mərasimi

İdman Materials 16 Aprel 2023 17:33 (UTC +04:00)
AGF Trophy beynəlxalq turniri: qaliblərin mükafatlandırılması mərasimi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin qalib və mükafatçılarının növbəti mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, böyüklər arasında halqa və topla hərəkətlər üzrə qalib və mükafatçılar mükafatlandırılıb.

Böyüklər arasında halqa ilə hərəkətlər proqramında Zöhrə Ağamirova (Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Alina Gezalova (Azərbaycan) ikinci, Nora Demier (İsveçrə) üçüncü yeri tutub.

Mükafatları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri Qyurka Qançeva, Azərbaycan Gimnastika Federasiyasının (AGF) Veteranlar Şurasının sədri Elşad Nərimanov, beynəlxalq dərəcəli hakim Telana Əliyeva təqdim ediblər.

Böyüklər arasında topla hərəkətlər proqramında Zöhrə Ağamirova (Azərbaycan) qızıl, Alina Gözalova (Azərbaycan) gümüş, Evelin Viktoriya Koçsis (Macarıstan) bürünc medala sahib olublar

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının (AGF) meneceri Mehman Əliyev, Azərbaycan milli bədii gimnastının xoreoqrafı Akif Kərimli, beynəlxalq dərəcəli hakim Dilbər İbrahimova təqdim ediblər.

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı - AGF Trophy kubokunun təqdimatı keçirilib. Fərdi proqramda çıxış edən böyüklər arasında AGF Trophy Zöhrə Ağamirovaya təqdim olunub. Mükafatı bədii gimnastika üzrə Azərbaycan yığmasının xoreoqrafı, Avropa Gimnastikasının (European Gymnastics) “Gimnastika hamı üçün” fənni üzrə Texniki Komitəsinin üzvü Ruslan Eyvazov təqdim edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti