...

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib

İdman Materials 4 İyun 2023 12:31 (UTC +04:00)
Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib

Bakı. Trend:

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.

Trend xəbər verir ki, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti