...

Azərbaycan III Avropa Oyunlarında 86 idmançı ilə təmsil olunacaq (FOTO)

İdman Materials 14 İyun 2023 15:50 (UTC +04:00)
Azərbaycan III Avropa Oyunlarında 86 idmançı ilə təmsil olunacaq (FOTO)

Bakı. Trend:

İyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Oyunlar müxtəlif növlər üzrə Polşanın 8 ayrı şəhərində keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan 13 idman növündə - oxatma (1 nəfər, Krakov şəhəri); badminton (4 nəfər, Tarnow şəhəri); çimərlik futbolu (12 nəfər, Tarnow şəhəri); boks (12 nəfər, Novı Tarq şəhəri); qılıncoynatma (12 nəfər, Krakov şəhəri); cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri); karate (8 nəfər, Bielsko-Biala şəhəri); muay-tay (4 nəfər, Myślenice şəhəri); kikboksinq (2 nəfər, Krakov şəhəri); padel (2 nəfər, Krakov şəhəri); atıcılıq (10 nəfər, Vroslav şəhəri); taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri); triatlon (1 nəfər, Krakov şəhəri) üzrə ümumilikdə 86 idmançı ilə təmsil olunacaq.

Azərbaycan nümayəndə heyəti Polşaya iyunun 20-də çarter reysi ilə yola düşəcək, iyulun 3-də isə Vətənə qayıdacaq.

Qeyd edək ki, yarışları işıqlandırmaq üçün ölkəmizdən 26 media nümayəndəsi də yollanacaq.

III Avropa Oyunlarının açılışı iyunun 21-də, bağlanış mərasimi isə iyulun 2-də Polşanın Krakov şəhərində keçiriləcək.

Azərbaycanı idman növləri üzrə aşağıdakı idmançılar təmsil edəcəklər:

Atıcılıq - Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı.

Badminton - Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra, Era Məftuha.

Boks - Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Loren Berto Alfonso Domingez, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva, Aynur Rzayeva.

Cüdo - Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova.

Çimərlik futbolu - Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov.

Kamandan oxatma - Yaylagül Ramazanova.

Karate - Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva.

Kikboksinq - Elşad Şahbazov, Fərid Ağamoğlanov.

Qılıncoynatma - Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev.

Muay-tay - Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova.

Padel - Nərminə Bağırova, Samirə Əliyeva.

Taekvondo - Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova.

Triatlon - Rostislav Pevtsov.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 2019-cu ildə Belarusun Minsk şəhərində keçirilib. Azərbaycan 285 idmançı ilə təmsil olunduğu ilk oyunlarda 56 medal, ikinci oyunlarda isə 82 idmançı ilə 28 medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti