...

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və bürünc medallar qazanıblar (FOTO)

İdman Materials 17 İyun 2023 22:31 (UTC +04:00)
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və bürünc medallar qazanıblar (FOTO)

Bakı. Trend:

Misirin Qahirə şəhərində təşkil olunan "Pharaoh's Cup" beynəlxalq turnirində aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (fərdi proqram) qızıl, Mədinə Mustafayeva (fərdi proqram) isə bürünc medal qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yeniyetmələr arasında komandamızın üzvləri Dilarə Qurbanova və Sara Əlixanlı fərdi proqramda finala vəsiqə əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti