...

Azərbaycan komandası III Avropa Oyunlarında iştirak etmək üçün Krakova yola düşüb (FOTO/VİDEO)

İdman Materials 20 İyun 2023 13:31 (UTC +04:00)
Azərbaycan komandası III Avropa Oyunlarında iştirak etmək üçün Krakova yola düşüb (FOTO/VİDEO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan komandası Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak etmək üçün bu gün Krakova yola düşüb.

Trend xəbər verir ki, Azərbaycan komandasının səfəri ilə əlaqədar Gənclər və İdman Nazirliyinin inzibati binasında tədbir təşkil olunub. Tədbirdə federasiya rəhbərləri, III Avropa Oyunlarında iştirak edəcək idmançılar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Oyunlarda idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda 86 idmançı ilə təmsil olunacaq. Bu Oyunlarda ümumilikdə 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti