...

III Avropa Oyunlarında Azərbaycanın iki qılıncoynadanı pley-off mərhələsinə yüksəlib (FOTO)

İdman Materials 25 İyun 2023 16:54 (UTC +04:00)
III Avropa Oyunlarında Azərbaycanın iki qılıncoynadanı pley-off mərhələsinə yüksəlib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycanın iki qılıncoynadanı pley-off mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, Murad Əkbərov və Saleh Məmmədov sablya növündə qrup mərhələsini uğurla başa vurublar.

Həm M.Əkbərov, həm də S.Məmmədov qrupda 2 qələbə qazanaraq, növbəti raunda yüksəliblər. Onlardan fərqli olaraq, Maqsud Hüseynli ilə Ayxan Xasıyev mübarizəni erkən dayandırıblar.

Murad Əkbərov pley-offda ispaniyalı İnyaki Bravo ilə üz-üzə gələcək. Saleh Məmmədovun bu mərhələdəki rəqibi isə Polşa idmançısı Pyotr Şçepanik olacaq.

Hər iki sablyaçı Bakı vaxtı ilə saat 16:40-da mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti