...

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında yeni rekorda imza atıb

İdman Materials 9 İyul 2023 16:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan millimiz komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş millimizin yeni rekordudur.

Xatırladaq ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti