...

“Sabah” – “Partizan” oyununa neçə bilet satılıb?

İdman Materials 10 Avqust 2023 16:41 (UTC +04:00)
“Sabah” – “Partizan” oyununa neçə bilet satılıb?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Sabah”ın bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya klubu “Partizan”a qarşı keçirəcəyi ev oyununa 5000 bilet satılıb.

Trend xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Bildirilib ki, bilet satışı hazırda davam edir. Azarkeşlər biletləri matçın oynanılacağı “Bank Respublika Arena”nın kassasından, həmçinin, “İticket”in satış məntəqələrindən və onlayn saytından əldə edə bilərlər.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti