...

UEFA Konfrans Liqası: “Neftçi” doğma meydanda “Beşiktaş”a məğlub oldu

İdman Materials 10 Avqust 2023 23:01 (UTC +04:00)
UEFA Konfrans Liqası: “Neftçi” doğma meydanda “Beşiktaş”a məğlub oldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 10-da “Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İstanbulun “Beşiktaş” komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, “Neftçi Arena”da keçirilən oyunda “Ağ-qaralar” 1:3 hesabı ilə uduzublar.

Matçın birinci hissəsində iki qol vuran qonaqlar fasiləyə qələbə ilə yollanıblar. İstanbul təmsilçisinin heyətində Vinsent Abubakar (14) və Cekson Muleka (23) fərqləniblər – 2:0. Qarşılaşmanın 62-ci dəqiqəsində Salih Uçan komandasının üçüncü topunu “Neftçi”nin qapısından keçirib. Oyunun 79-cu dəqiqəsində “Neftçi” vurulan qollardan birinin əvəzini çıxmağa nail olub. Bakılıların fransalı yarımmüdafiəçisi Kilan Lebon adını tabloya yazdırıb – 1:3. Görüş bu hesabla da başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 17-də oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti