...

"Neftçi" "Beşiktaş"la cavab oyununa çıxır

İdman Materials 17 Avqust 2023 15:34 (UTC +04:00)
"Neftçi" "Beşiktaş"la cavab oyununa çıxır

Bakı. Trend:

"Neftçi" bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

Trend xəbər verir ki, Bakı klubu İstanbulda "Beşiktaş"ın qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Neftçi" Bakıdakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzub.

"Neftçi" - "Beşiktaş" cütünün qalibi pley-offda "Aris" (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün güclüsü ilə üz-üzə gələcək.

17 avqust

22:00. "Beşiktaş" (Türkiyə) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Julian Veynberger (Avstriya)
İlk oyun - 3:1
"Vodafon Park"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti