...

"Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

İdman Materials 17 Avqust 2023 23:49 (UTC +04:00)
"Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

Bakı. Trend:

Türkiyədə “Neftçi” və “Beşiktaş” arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başa çatıb.

Trend-in məlumatına görə, “Beşiktaş” stadionunda oynanılan qarşılaşma İstanbul komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin heyətində qolu 35-ci dəqiqədə Emin Mahmudov vurub. “Beşiktaş”ın heyətində Vensan Abubakar (57-ci dəqiqə), Cekson Muleka (72) fərqləniblər.

Ötən həftə Bakıda reallaşan ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.

Beləliklə, "Neftçi" komandası UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti