...

Avropa Liqası: "Qarabağ"ın oyunlarının təqvimi bəlli oldu

İdman Materials 2 Sentyabr 2023 11:13 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Trend xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda sentyabrın 21-də, I turda Norveçin "Molde" kollektivini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.

"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi "Bayer 04"lə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar, dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti