...

“Qarabağ”ın daha iki rəqibi iştirak ərizəsini UEFA-ya təqdim etdi

İdman Materials 12 Sentyabr 2023 17:07 (UTC +04:00)
“Qarabağ”ın daha iki rəqibi iştirak ərizəsini UEFA-ya təqdim etdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan Almaniyanın “Bayer” və Norveçin “Molde” komandaları iştirak ərizələrini UEFA-ya təqdim ediblər.

Trend qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin siyahısında 23 futbolçu yer alıb.

“Molde” klubu isə qrup matçları üçün 22 oyunçunun xidmətindən yararlanacaq.

“Bayer”in iştirak ərizəsi

Qapıçılar: 1. Lukaş Qradetski, 17. Matey Kovarj, 36. Niklas Lomb

Müdafiəçilər: 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta, 6. Odilon Kossunu, 12. Edmond Tapsoba, 13. Artur Soares, 20. Alexandro Qrimaldo, 30. Ceremi Frimponq

Yarımmüdafiəçilər: 7. Yonas Hofmann, 8. Robert Andrix, 10. Florian Virts, 18. Noa Mbamba, 25. Esekiel Palasios, 32. Qustavo Puerta, 34. Qranit Caka

Hücumçular: 14. Patrik Şik, 19. Neytan Tella, 21. Amin Adli, 22. Viktor Bonifase, 23. Adam Qlojek

“Molde”nin iştirak ərizəsi

Qapıçılar: 1. Yakob Karlström, 12. Oliver Petersen

Müdafiəçilər: 2. Martin Byörnbak, 3. Kasper Eyvann, 19. Eyrik Hauqan, 21. Martin Linnes, 25. Anders Hagelskyer, 28. Kristoffer Haugen, 31. Matias Fyörtoft Lyövik

Yarımmüdafiəçilər: 4. Kristian Kappis, 6. Martin Ellinqsen, 7. Maqnus Eykrem, 10. Erik Kitolano, 15. Markus Kaasa, 16. Emil Breyvik, 20. Kristian Eriksen, 22. Maqnus Qryödem, 24. Yohan Bakke

Hücumçular: 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 9. Veton Berişa, 14. Erlinq Knudtzon

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək. “Qarabağ” klubu ilk matçını Bakıda “Molde”yə qarşı keçirəcək. Digər görüşdə isə “Bayer” İsveç “Hekken”ini qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti