...

Zəfər Gününə tarixi qələbə ilə töhfə verdik - “Sabah”ın məşqçisi

İdman Materials 9 Noyabr 2023 03:17 (UTC +04:00)

Bakı. Trend:

Oyunçularımız bu oyuna hədsiz emosiya və hisslərlə çıxmışdı. Bu gün qələbə istəyimiz çox güclü idi.

Trend-in məlumatına görə, bu sözləri "Sabah" basketbol komandasının məşqçisi Nikola Bozinovski FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Bakıda Monteneqronun "Mornar" klubunu 81:74 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Tarixi qələbəni şərh edən mütəxəssis bildirib ki, 8 Noyabr - Zəfər Günündə qələbə qazanmaq çox vacib idi: "Bu səbəbdən oyunun əvvəllərində emosional idik və ona görə ilk hissədə istədiyimiz kimi oynaya bilmədik. Lakin ikinci hissəyə komanda daha yaxşı kökləndi və 9 xallıq fərqi aradan qaldırıb 7 xallıq fərqlə qələbə qazandı".

O, oyundan öncə legionerlərə bu günün əhəmiyyətini izah etdiyini və motivasiya verdiyini söyləyib: "Oyunun fasiləsində basketbolçularımıza inandığımı söylədim və ikinci hissəyə daha motivasiyalı çıxdıq. Bu gün ölkədə bayramdır, tarixi gündür. Klub da bu tarixi günə qələbə ilə töhfə verdi. Bayramınızı təbrik edirəm!"

Xəbər lenti

Xəbər lenti