...

“Qarabağ”ın oyununa bütün biletlər satılıb

İdman Materials 9 Noyabr 2023 14:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.

Trend-ə bu barədə “Qarabağ”ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.

Qeyd edək ki, “Qarabağ” - “Bayer 04” matçı saat 21:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti