Bakı. Trend:
Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək.
Trend-in məlumatına görə, ilk gündə iki oyun keçiriləcək.
Tur son çempion “Qarabağ”ın matçı ilə başlayacaq. Ağdam təmsilçisi “Səbail”in qonağı olacaq. Qurban Qurbanovun yetirmələri hazırda 47 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 5-ci pillədəki “Səbail”in hesabında 27 xal var.
Günün ikinci qarşılaşmasında baş məşqçisiz qalan “Sabah” “Turan Tovuz”la evdə üz-üzə gələcək. Bakılıları bu görüşə İqor Ponomaryov çıxaracaq. Komandaların turnir cədvəlində qonşu olmaları oyuna marağı bir qədər də artırır. “Sabah” 26 xalla 7-ci sıradadırsa, “Turan Tovuz” rəqibindən cəmi 1 xal az toplayıb.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi”, “Qəbələ” – “Zirə” oyunları fevralın 4-də, “Kəpəz”– “Araz-Naxçıvan” qarşılaşması isə bir gün sonra keçiriləcək.
Premyer Liqa
XXI tur
3 fevral (şənbə)
15:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf
Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”
17:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran
Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”