...

Azərbaycan çempionatının bir oyununda 9 qırmızı vərəqə: Hamısı diskvalifikasiya olunub

İdman Materials 27 Mart 2024 17:00 (UTC +04:00)
Azərbaycan çempionatının bir oyununda 9 qırmızı vərəqə: Hamısı diskvalifikasiya olunub

Bakı. Trend:

19 yaşadək futbolçular arasında Azərbaycan çempionatında xoşagəlməz hadisə yaşanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” oyununda 9 qırmızı vərəqə qeydə alınıb.

Bunlardan beşi 90+5-ci dəqiqədəki dava-dalaşın iştirakçılarına verilib. Meydan sahiblərinin oyunçuları Fərid Eyvazov 83-cü, Heydər Cəbrayılov, Cavid Məmmədov və Fərid Quliyev 90+5-ci dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə alıb.

Qonaqların heyətində Fərid Cəfərov 69-cu dəqiqədə hakimi təhqir etdiyinə, Tahir Tağıyev 83-cü, Məhəmməd Abbasovla Dəniz Rəcəbov 90+5-ci dəqiqədə təcavüzkar davranışa görə meydandan kənarlaşdırılıb. Tovuzluların köməkçi məşqçisi Ruslan Abbasov da 90+5-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün eyni cəzanı alıb.

AFFA-nın İntizam Komitəsi baş verənləri bugünkü iclasında müzakirə edib. Futbolçuların səkkizi də 4 oyunluq diskvalifkasiya edilib. Məşqçi isə 2 matçlıq kənarlaşdırılıb.

Qeyd edək ki, qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti