Bakı. Trend:
Güləş üzrə Rusiya millisi Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat mərhələsində çıxış edəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Abdulraşid Sadulayevin (97 kq yarışa buraxılmamasına etiraz əlaməti olaraq boykot qərarı verilməyib.
Bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamişavili açıqlayıb. O bildirib ki, hazırda əsas hədəf Olimpiadaya maksimum sayda lisenziya qazanmaqdır: “Hazırda bütün rusiyalı güləşçilərin qarşısında başadüşülən bir vəzifə var. Bu, idman prinsipləri ilə Olimpiadaya vəsiqələr qazanmaqdır. Bundan sonra hər şeyi ölçüb-biçəcəyik və Parisə gedib-getməməklə bağlı qərar qəbul edəcəyik”.
Qeyd edək ki, Bakıdakı turnir aprelin 5-7-də keçiriləcək.