Bakı. Trend:
Bu gün İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.
Trend İdman.biz-ə xəbər verir ki, “Mançester Siti” və “Arsenal” səfərdə qələbə qazanıb.
Son çempion “Kristal Pelas”a 4:2 hesabı ilə qalib gəlib. “Arsenal” isə “Brayton”un qapısından 3 cavabsız top keçirib. Bu nəticələrdən sonra London klubu 71 xalla 1-ci pilləyə yüksəlib. “Şəhərlilər”in hesabında 70 xal var. Eyni xala malik və bir oyun az keçirən “Liverpul” sabah “Mançester Yunayted”lə qarşılaşacaq.