...

Medalsız geri dönməyəcəm - Balabəy Ağayev

İdman Materials 19 Aprel 2024 15:05 (UTC +04:00)
Medalsız geri dönməyəcəm - Balabəy Ağayev

Bakı. Trend:

Avropa çempionatına tam şəkildə hazıram.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Balabəy Ağayev (60 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatına yüksək nəticə göstərəcəyinə inanır: “Medalsız Vətənə geri dönməyəcəm. Düşünürəm ki, bu dəfəki inancımda yanılmaram. Böyük ümidlərlə bu yarışa yollanacam. Yaxşı nəticə əldə etmək üçün bütün gücümü səfərbər edəcəm. Qızıl medal bu dəfə mənə də qismət olar. Hər bir idmançının arzusu Olimpiya çempionu olmaqdır. Mənim də bu yarışdan sonra istəyim Olimpiya Oyunlarıdır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti