...

İnzaqi Mourinyonu keçib, “üçlüy”ə düşüb

İdman Materials 23 Aprel 2024 09:09 (UTC +04:00)
İnzaqi Mourinyonu keçib, “üçlüy”ə düşüb

Bakı. Trend:

Simone İnzaqi “İnter”in tarixinə üç ən titullu baş məşqçidən biri kimi düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mütəxəssis Milan klubunda 6-cı zəfərini yaşayıb.

Onun yetirmələri A seriyasının XXXIII turunda “Milan”a 2:1 hesabı ilə qalib gələrək İtaliya çempionu olublar. 48 yaşlı çalışdırıcı bunadək iki dəfə ölkə kuboku, üç dəfə Superkuboka sahib çıxıb.

İnzaqi “İnter”dəki titul sayında Joze Mourinyonu keçib. Portuqaliyalının 5 uğuru var.

A seriyasının yarandığı 1929/30 mövsümündən indiyədək yalnız iki baş məşqçi “İnter” də daha çox titula sahib çıxıb. Elenio Errera və Roberto Mançininin hərəyə 7 uğuru var.

Qeyd edək ki, “İnter” 20-ci dəfə A seriyasının çempionu olub.

Xəbər lenti

Xəbər lenti